Xəbərlər 20.07.2023 09:55 1449

ABŞ Rusiyanın Ukrayna limanlarına gedən gəmilərə hücum təhdidlərinə reaksiya verib

Rusiya Müdafiə Nazirliyi bu gəmilərə hərbi təchizat daşıyan kimi baxacağını elan etdikdən sonra ABŞ Ukrayna limanlarına gedən gəmilərə hər hansı dəstək elan etməyə hazır deyil. Bu, Rusiyanın taxıl sazişinin iflasa uğraması fonunda baş verib.

QHT.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer brifinq zamanı bildirib. Belə ki, jurnalistlərin dövlətlərin Ukrayna limanlarına gəmilərin hərəkətinə yardım etmək imkanını nəzərdən keçirib-görməməsi ilə bağlı sualına cavab olaraq, o, "dəniz hissəsi ilə bağlı heç nə demədiyini" cavablandırıb.

Eyni zamanda o, ABŞ-ın dünya bazarlarına taxıl tədarükündə Ukraynaya yardımını davam etdirəcəyini vurğulayıb. Ağ Evin mətbuat katibi ukraynalı fermerlərə dəstək üçün vəsait ayrıldığını da qeyd edib. 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı