Xəbərlər 30.04.2025 12:06 119

Ukrayna və ABŞ müharibəni bitirmək üçün şərtlərlə razılaşdılar

O qeyd edib ki, ukraynalılar bütün şəraiti bəyənmirlər.

QHT.az xəbər verir ki, müharibənin diplomatik yolla bitməsi üçün 22 bəndlik plan hazırlanıb.

ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq açıqlamasında bildirib ki, Londonda keçirilən danışıqlarda Ukrayna və ABŞ tərəfləri münaqişənin diplomatik yolla həlli üçün 22 konkret hərəkətdən ibarət plan hazırlayıblar. O, Rusiya XİN rəhbəri Sergey Lavrovun "qələbə" ritorikasını reallıqdan uzaq adlandırıb və qeyd edib ki, Rusiya heç bir ciddi irəliləyiş əldə etməyib, minlərlə itki verib. Kelloq vurğulayıb ki, Ukrayna əzmlə mübarizə aparır, Avropa isə ABŞ-sız da dəstək verməyə hazırdır. Onun sözlərinə görə, müharibənin hərbi deyil, yalnız diplomatik yolla başa çatması mümkündür.

 

R.İmanov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı