Xəbərlər 16.08.2023 12:40 2687

Bəxtiyar Vahabzadənin doğum günüdür

Bu gün istiqlal şairimiz Bəxtiyar Vahabzadənin doğum günüdür, anadan olmasından 98 il ötür.

QHT.az xəbər verir ki, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan MEA-nın həqiqi üzvü, Dövlət mükafatı laureatı, Azərbaycan parlamentinin üzvü, "İstiqlal" ordeni laureatı Bəxtiyar Vahabzadə 1925-ci ilin bu günü Şəki şəhərində anadan olub. Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlayıb. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" və "Rəqabət" (1960–2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. 

2009-cu ildə Bakı şəhərində vəfat edib.

Ehtiramla anırıq. Allah rəhmət eləsin!

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı