Xəbərlər 28.08.2023 10:05 1589

Tələbə olmaq istəyənlərin nəzərinə!

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

 

QHT.az bildirir ki,  Dövlət İmtahan Mərkəzindən Axar.az-a verilən məlumata görə, 28 avqust saat 09:00-a olan məlumata əsasən I-V ixtisas qrupları üzrə 67625 abituriyent ərizəsini təsdiq edib.

 

1180 abituriyent elektron ərizəsini yadda saxlasa da, hələlik təsdiq etməyib.

 

İxtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

 

İxtisasları seçib təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlərə (subbakalavrlara) tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.

 

Müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər (subbakalavrlar) iştirak edə biləcəklər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı