Xəbərlər 28.08.2023 11:21 2657

Agentliyin təşəbbüslərinın əsas hədəflərindən biri QHT-lərə keçmişdən gələcəyə uğurlu keçid etməyə yardım göstərməkdir...

Zaur İbrahimov

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü

Dünən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan “QHT-lərin II İnkişaf və Mübadilə Proqramı” başa çatdı. QHT təmsilçiləri üç gün ərzində keyfiyyətli layihə təklifləri hazırlanması və layihələrin icrası ilə bağlı bilik və bacarıqlarını artırmaq imkanı əldə etdilər. Təlimi aparan ADA Universitetinin dekanı Anar Vəliyev, beynəlxalq ekspert Vüsal Behbudov yüksək performansla QHT nümayəndələrini həm öyrətdilər, həm də motivasia verdilər.

 

Bu təlimlər bilik və bacarıq verməklə yanaşı sektorda daha sıx əməkdaşlığı və sinergiyanı təmin edir. QHT təmsilçiləri həmkarlarını daha yaxından tanıyırlar, fəaliyyəti ilə tanış olurlar, xüsusən 20 region QHT-si üçün bu təlim əla bir imkan oldu. Bu cür təşəbbüslər sektorda həmrəyliyi gücləndirir və milli maraqların müdafiəsi, cəmiyyəti narahat edən problemlərin həlli, ictimai maraqların qorunmasında birgə təşəbbüslərə, səylərin əlaqələndirilməsinə zəminlər yaradır. Yaxşı mənada sağlam rəqabəti, peşəkar yarışmanı təşviq edir. Hər bir QHT öz nailiyyətini nümayiş etdirir, danışmağa çalışır və peşəkarlığa tələb yaradır. Agentlik bu təlimləri indiki mərhələdə QHT sektorunun potensialının gücləndirilməsi, işin beynəlxalq təcrübəyə uyğun qurulması, peşəkarlığın, məsuliyyətin artırılması istiqamətində daha geniş tədbirlər kompleksinin başlanğıc mərhələsi kimi görür. 
 

Həmçinin bu təlimlər QHT sektorunun qarşısında duran konseptul vəzifələrin həllinin üsullarından biri kimi nəzərdən keçirilir. Bu təlimlər QHT sektorunun inkişafının ümumi  strategiyasının davamlı olacaq, yaxın gələcəkdə formatı təkmilləşdiriləcək bir  komponenti kimi nəzərdən keçirilməlidir. Agentlik çalışır ki, bu cür təşəbbüslərlə sektorun inkişafı ilə əlaqədar aşağıdan dinamika yaratsın, bununla paralel yaxın gəlcəkdə Agentliyin özünün QHT sektorunun dəstəklənməsiylə bağlı fəaliyyətində təkmilləşmə, yenilənmə  daha yaxşı səmərə verəcək. 
 

Bu cür təlim və təşəbbüslər, eyni zamanda QHT sektorunun postmüharibə dövrünün tələbləri səviyyəsində fəaliyyətinə kömək etmək,  Prezident İlham Əliyevin  qarşıya qoyduğu vəzifələrin həllində QHT-lərin rolunu artırmaq,  QHT-lərin potensialından dolğun istifadə olunmasına zəminlər yaratmağa real kömək edir. Azərbaycanın Vətən müharibəsindəki parlaq zəfəri sabitlik, sülh və təhlükəsizlik üçün region xalqlarına büyük fürsət yaratmışdır. Azərbaycan QHT sektorunun məhz bu həqiqətin bütün dünyaya çatdırılması, anladılması baxımından böyük rola malidkir və bunan irəli gələn vəzifələrin həlli də yeni yanaşma, peşəkarlıq, yeni baxış tələb edir. 
 

QHT nümayəndlərinin çoxaylı şərhləri, sosial şəbəkələr üzərindəna apırılan müzakirələr, bizlərə yazılan mesajlar, deməyə əsas verir  ki, Agentlik  bu təlimi çox yüksək səviyyədə, ən kiçik detalları düşünərək, həmrəylik, səmimi, öyrənməyi təşviq edən mühit yaradaraq təşkil etməyi bacarıb. Bu münasibətlə Agentliyin komandasının təbrik etmək olar. Agentliyin təşəbbüslərinın əsas hədəflərindən biri də QHT-lərə  keçmişdən gələcəyə uğurlu keçid etməyə yardım göstərməkdir...

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı