Xəbərlər 31.08.2023 11:19 1634

Şəhid polkovnik-leytenantın oğlu tələbə adını qazandı

Şəhid polkovnik-leytenant Mehman Qənbərovun oğlu Nurlan Qənbərov tələbə adını qazanıb.

QHT.az xəbər verir ki, ZƏFƏR Şəhid Ailələrinə Dəstək İctimai Birliyindən verilən məlumata görə, Nurlan Qənbərov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika mühəndisliyi fakültəsinə qəbul olub.

Qürur duyuruq, fəxr edirik! Təbrik edirik!

Qeyd edək ki, Polkovnik-leytenant Qənbərov Mehman Nəriman oğlu 27.05.1981-ci ildə Ağdam rayonu, Maqsudlu kəndində anadan olub. Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Mehman Qənbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mehman Qənbərov sentyabrın 30-da Füzuli döyüşləri zamanı qəhrəmancasına Şəhid olub. Bərdə rayonunda dəfn olunub. Şəhidimiz ailəli idi. İki oğlu Vətənə əmanətdir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı