Xəbərlər 28.08.2023 20:15 1155

İmişlidə valideyn himayəsindən məhrum olan uşaqlara psixoloji, tibbi və hüquqi dəstəyin göstərilməsi  mövzusunda tədbir keçirilib

  Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Mərhəmət Kimsəsizlərə Yardım" İctimai Birliyi tərəfindən “Uşaqlar və ailələr!” - valideyn himayəsindən məhrum olan uşaqlara psixoloji, tibbi və hüquqi dəstəyin göstərilməsi adlı tədbir İmişlidə keçirilib.

 Tədbirdə Bəsti Nəsibova çıxış edərək: Hər birimizin qayğısız günlərimiz yalnız uşaqlığımızla bağlıdır. O zaman bizim qayğımızı valideynlərimiz çəkir, bizi himayə edir, lazımi təlim və tərbiyəni verməyə çalışırlar. Valideyn himayəsində olan uşaqlar dünyanın ən xöşbəxt sakinləri olurlar. Lakin bu himayədən kənarda qalan, valideyn qayğısından məhrum olanlar da var. Məlumdur ki, bəzi uşaqları valideynləri ya doğulduğu gün atır, ya da imkansızlıq ücbatından uşaq evlərinə və ya internatlara verirlər. Uşaq evləri, internatlar da kimsəsiz və ya müəyyən müddətə verilmiş uşaqlara tam olmasa da, valideyin qayğısı göstərilir, məktəbə göndərilir, tərbiyə ilə yanaşı, savadlanmalarına kömək edilir.Bu layihənin də məqsədi bu cür uşaqlara az da olsa kömək göstərməkdən ibarətdir.

   Layihənin pisxiloqu Gülnara İnanc öz növbəsində bildirib ki, çox şeydən məhrum olan uşaqlara hər şeyi: istər sevgi və qayğı, istər yemək və geyim ağına-bozuna baxmadan verilərsə, bu, onlarda maddi və mənəvi dəyərlərə qarşı soyğunçu şüuru yaradacaq. Bu halda onlar hər kəsin onlara hər şeyi borclu olduğu iddiasında olacaq. Odur ki, sığınacaqdakı uşaqlar həm zəhmətə alışdırmalı, həm də onlar üçün çəkilən zəhmətə dəyər vermələri təlim edilməlidir.

  Tədbirdə XəbərAl.az saytının təsisçisi Mirismayıl Xələfli və ekspert Ülviyyə Şahbazova da tədbirdə iştirak edib. 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı