Xəbərlər 07.09.2023 15:14 2117

Sağlam yuxu niyə önəmlidir? Xoruldamanın səbəbləri? Ekspertdən AÇIQLAMA

“İnsanlarda yuxu rejimi qayda da olmalıdır ki, hormonlar düzgün vaxtda ifraz olunsun, oraqnizmin hormon balansında problem olmasın. İnsanlar həyatının 1/3 –ni yuxuda keçirirlər. Yuxu sağlamlıq baxımından önəmlidir. Bir insanın normal yuxusu yoxdursa, qeyri –düzgün həyt tərzi varsa bu insanda xəstəliklər baş verir və istər iş, istər şəxsi həyat, istər qidalanma rejiminə mənfi təsir göstərir. Belə insanlarda diqqət əksikliyi, yorğunluq, depresiyaya meyillilik, həyatdan zövq almama halları çox olur. Buna görə sağlam yuxu çox önəmlidir”.

Bu sözləri Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma və düzgün həyat tərzi üzrə beynəlxalq eksper Məhsəti Hüseynova QHT.az-a açıqlamasında bildirib. Ekspert qeyd edib ki, bir çox insanlar yatarkən xoruldayır, əsas səbəbi yuxarı tənəffüs orqanlarında problemlərin olması, digər səbəbi isə qida rejiminin pozulması ilə qaynaqlanır: “Əgər həddindən artıq spirtli içkilərdən, paketlənmiş qidalardan istifadə edirlərsə, hormon balansı pozulur, xoruldamağa səbəb olur. Alergik reaksiyalar da xoruldamağa səbəb olan faktorlardandır. Burun tutulmaları da xoruldamağa səbəb olur. Boğaz infeksiyaları, xüsusilə tonzilit, angina tənəffüs yollarının tutulmasına, o da xoruldoruldamaamağa səbəb olur. Xanımlarda hamiləliyin son aylarında da xoruldama müşahidə olunur ki, bu da artıq çəkinin artması ilə əlaqədardır. Ağzı açıq yatarkən, kök insanlarda da xoruldama müşahidə olunur”.

Əgər yuxarı tənəffüs orqanlarında heç bir problem yoxdursa, xoruldamağın qarşısını almaq üçün yuxudan 3-4 saat əvvəl sonuncu yemək yeyilməli olduğunu da vurğulayan Məhsəti Hüseynova yeməkdən 4 saat sonra yuxuya getməyi məsləhət görür: “Axşam yeyiləcək qidalar yağlı olmamalıdır, bu da xoruldamağa, hətta 5-6 saniyə nəfəs dayanması müşahidə olunur, bu da ölümlə nəticələnə bilər. Qida rejimimizi rejimli edib, sağlam qidalardan istifadə etməliyik ki, yuxu rejimimizə mənfi təsir etməsin”.  

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı