Xəbərlər 14.09.2023 11:58 5348

"Müvəkkilimizin beynəlxalq səviyyədə təmsil olunduğu bütün tədbirlər bizi hər zaman sevindirib” - Nadir Adilov

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Asiya Ombudsmanlar Assosiasiyasının (AOA) Baş Assambleyasının Tatarıstan Respublikasının Kazan şəhərində keçirilmiş 17-ci iclasında Assosiasiyanın vitse-prezidenti seçilib.

QHT.az xəbər verir ki, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov bildirib ki, müvəkkilimiz Səbinə xanım mediasiya sahəsinin inkişafına xüsusi dəstəyi ilə seçilir: “Fəaliyyət başladığımız ilk gündən bu günədək, hər zaman Səbinə xanımın diqqətini və dəstəyini görmüşük. Onun beynəlxalq səviyyədə təmsil olunduğu bütün tədbirlər, görüşlər, mötəbər pillələr bizi hər zaman hər birimizi sevindirib, qürurlandırıb”.

Biz də QHT Vətəndaş Cəmiyyəti adından Səbinə Əliyevanı təbrik edirik.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı