Ölkəmiz Yunanıstanda təşkil edilən beynəlxalq görüşdə iştirak edib - FOTOLAR
Ənənəvi olaraq, Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin nüməyəndələri İnternational Child Helpline təşkilatının rəsmi üzvü olaraq mütəmadi təşkilat tərəfindən təşkil edilən müzakirə, təlimlər, hesabat konfranslarında iştirak edirlər.
QHT.az xəbər verir ki, növbəti tədbir sentyabrın 6-7-də böhran vəziyyətində olan uşaqların dəstəklənməsi məqsədilə “The Smile of the Child” mövzusunda Yunanıstanda təşkil edilən beynəlxalq görüşdə iştirak ediblər. Görüşə 70-dən çox offline və 500-dən çox online iştirakçı qatılıb. Görüş zamanı telefonda ilkin yardım, işdə, ailədə, məktəbdə böhran vəziyyətlərin yaranması və müdaxiləsi, post travmatik stress, təhsil işçilərin və uşaqlarla işləyən mütəxəssislərin psixoloji durumu və digər mövzu haqqında müzakirələr aparılıb. Eləcə də ölkələrdə olan müsbət təcrübə haqqında məlumatlar verilib.
Pərvanə Fərhadqızı