Xəbərlər 19.09.2023 17:07 1683

Qayıdış və dirçəliş naminə Gənclər təşkilatının BƏYANATI

1988-ci ildən etibarən Azərbaycana qarşı əsassız torpaq iddiaları nəticəsində 20 %-dən artıq torpaqlarımızı işğal edən, 1 milyondan artıq soydaşlarımızı qaçqına, məcburi köçkünə çevirən, misli görünməmiş Xocalı soyqırımını törədən Ermənistan nəhayət ki, 44 gün davam edən Vətən Müharibəsində darma-dağın edilərək kapitulyasiya aktını imzalamağa məcbur oldu.

QHT.az Gənclər təşkilatının bəyanatına əsasən qeyd edir ki, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan ona havadarlıq edən dövlətlərin təhriki ilə sülh müqaviləsi bağlamaqdan imtina edir, revanşist qüvvələr formalaşdıraraq Azərbaycan ərazilərində terror-təxribat əməllərini davam etdirir.

Azərbaycan Respublikasının suveren ərazilərində yuvalanan, sülhün bərqərar olmasına əngəl törədən, bölgədə maraqları olan dövlətlərin qarşıdurmasına zəmin yaradan, Cənubi Qafqazı döyüş poliqonuna çevirmək niyyəti güdən Ermənistana beynəlxalq təzyiqlərin olmaması ən azından böyük təəssüf doğurur. Azərbaycan ərazilərində “humanitar fəlakət” şousundan tutmuş mina terroruna qədər təxribatlarını davam etdirən revanşist qüvvələrə qarşı antiterror əməliyyatının aparılmasının qaçılmaz olduğu Silahlı Qüvvələrimizin qarşısında ən böyük vəzifə olaraq qalmaqdadır.

Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı olaraq 30 ilə yaxın müddət ərzində öz dədə-baba yurdlarından zorla qovularaq qaçqın və məcburi köçkün taleyi yaşayan həmvətənlərimizin doğma yurdlara qayıdışı prosesinə əngəl törədən terrorçuların tərk-silah edilməsini, bu məqsədlə aparılan antiterror əməliyyatlarını alqışlayırıq.

Bütün Xalqımızı birliyə, həmrəyliyə, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında sıx birləşməyə çağırırıq. Haqq bizimlədir. Allah Ordumuzu müzəffər eyləsin. Bizə zəfər yaraşır.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı