Xəbərlər 19.09.2023 18:38 1284

ÜST bütün ölkələri peyvənd almağa çağırır

Payızın əvvəlindən ABŞ-da koronavirus xəstələrinin sayı sürətlə artmağa başladı və demək olar ki, 2020-ci ilin yazında baş verən ilk dalğa səviyyəsinə çatdı.

QHT.az xəbər verir ki, avqustun 27-dən sentyabrın 2-dək olan həftədə xəstəxanaya yerləşdirilənlərin sayı təxminən 9%, koronavirus xəstələri arasında ölüm nisbəti isə sentyabrın 3-dən sentyabrın 9-dək təxminən 5% artıb. Koronavirus modelləşdirməsi üzrə aparıcı ekspertlərdən biri olan Cey Veylandın hesablamaları göstərdi ki, sentyabrın 8-nə kimi ABŞ-da faktiki koronavirus xəstələrinin sayı hər gün 720 min nəfər artıb.

Bununla əlaqədar ÜST-də COVID-19-a qarşı mübarizəyə cavabdeh olan Maria Van Kerkhove bildirib ki, yoluxma hallarının sayının artması və xəstəliyin ağır hallarının artması ilə bağlı həyəcanlı xəbərlər təkcə ABŞ-dan deyil, ona görə də bütün ölkələr koronavirusun yeni dalğasına hazırlaşmalıdır.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı