Yuxudan sonra özünüzü yorğun hiss edirsiniz? Yeməkdən sonra yuxunuz gəlir? HƏKİMLƏRİN AÇIQLAMASI
Gündüz yuxuları faydalı ola və düzgün həyata keçirildiyi təqdirdə enerji verə bilər. Gündüz uzun yuxu sağlamlıq problemlərinə səbəb ola bilər, çünki gecə yuxusu pozula bilər. Gecə yuxusu pozularsa sağlamlığa ciddi mənfi təsir göstərir. Bəzən günorta yuxusu sizi əvvəlkindən daha pis vəziyyətə sala bilər.
Baş və onurğa beyin cərrahı, Dr. Bəhruz Eyvazov QHT.az- a açıqlamasında bildirib ki, yemək yeyəndən sonra bəzən insanın yuxusu gəlir: “Adam çox yeyəndə mədə-bağırsaq sisteminə qan axını çox olur və insan bir az özünü yorğun hiss edir. İsti olan bəzi ölkələrdə- Çin, Yaponyada iş yerlərində fasilə, yemək zamanı 1 saatlıq yatmaq vaxtı verilir. Buna “Siesta” deyilir. Ofis işində işləyənlərin xüsusi stulları olur ki, o açılır çarpayı olur və onlar yatırlar. Bu oyanandan sonra onların iş qabiliyyətini artırır, daha rahat olurlar. Günorta yatmaq faydalıdır, iş qabiliyyətini artırır”.
Nevroloq Chelsea Rohrscheib bunun vəziyyətdən və fərdin fiziologiyasından asılı olduğunu qeyd edib: “Ümumiyyətlə sağlam olan və gecələr keyfiyyətli yuxusu olan insanlar gün ərzində qısa yuxulardan faydalanmağa meyllidirlər. Bu insanlar beyin və ürək sağlamlığını yaxşılaşdırıb və daha uzun yaşaya bilərlər. Təxminən 10-20 dəqiqəlik qısa bir yuxu əhval-ruhiyyəni yaxşılaşdırmaqla yanaşı, sizə enerji verə bilər. Diqqəti cəmləmək lazım olanda, lakin çox yorğun hiss etdikdə tez bir yuxu kofeindən daha yaxşı ola bilər. Bu stressi azaltmağa, immunitet sağlamlığınızı yaxşılaşdırmağa, zehni stressdən sonra qan təzyiqini aşağı salmağa və vücudunuzun stresli vəziyyətlərdən qurtulmasına kömək edir. O, həmçinin yaradıcılığı ortaya çıxarmağa kömək edir və gecə yuxusunu tənzimləyir”.
Sleep Advisor şirkətinin baş tibbi məsləhətçisi Dr. Raj Dasquptanın sözlərinə görə, yuxunun daha dərin mərhələsinə keçməyinizin qarşısını almaq üçün gün ərzində 30 dəqiqədən çox olmayan yuxuya getmək vacibdir. O, 30 dəqiqədən çox yatmağın yuxu ətaləti riskini yaratdığını, dərin yuxudan oyandığınız zaman yatmazdan əvvəl olduğundan daha yorğun və yuxulu olduğunu iddia edir.
Balaca uşaqlara gəlincə, gün ərzində yatmaq onlar üçün normadır. Yetkinlər əsasən yorğun və ya stresli hiss etdikdə yuxuya getsələr də, uşaqların böyüməsi üçün əslində yuxuya ehtiyacı var. Yəni, kiçik uşaqlar ümumiyyətlə böyüklərdən daha çox saat yuxuya ehtiyac duyurlar.
Pərvanə Fərhadqızı