Azərbaycan Dövlət Pedoqoji Kolleci ilə Mediasiya Şurası arasında əməkdaşlıq... FOTOLAR
Noyabrın 16 -da Azərbaycan Dövlət Pedoqoji Kolleci ilə Mediasiya Şurası arasında səmərəli əməkdaşlığının nəticəsi olaraq Pedoqoji Kollecin tələbələri ilə görüş keçirilib.
QHT.az xəbər verir ki, Pedoqoji Kollecin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə direktor müavini Sevda Axundova çıxış edərək ölkəmizdə aparılan mediasiya islahatları barədə danışıb. O, Mediasiya Şurası və Pedaqoji Kollec arasında olan əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Görüşdə Mediasiya Şurasını Bakı 12 saylı mediasiya təşkilatı təmsil edib. Bakı 12 saylı mediasiya təşkilatının rəhbəri Sevda Məhərrəmova və təşkilatın mediatorları Məmmədova Mehriban, Məmmədova Leyla və Rzaqulu Hacıyev tələblərlə Mediasiya ilə bağlı maarifləndirici çıxışlar edib və günümüzdə mediasiyanın rolu və əhəmiyyəti müzakirə olunub, tələbələrlə müxtəlif kazuslar müzakirə edilib və tələbələri maraqlandıran sualları cavablandırıblar. İştirakçılara Mediasiya Şurası tərəfindən nəşr edilmiş maarifləndirici materiallar təqdim edilib.
Pərvanə Fərhadqızı