Xəbərlər 02.06.2025 00:35 126

İntiqam Yaşar TÜRKSOY -un diplomatı seçilib - FOTOLAR

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar Qırğız Respublikasının Oş şəhərində TÜRKSOY tərəfindən keçirilən, görkəmli qırğız şairi Colon Mamutovun 85 illik yubileyinə həsr edilən "Yaşıl aləm" adlı I Beynəlxalq Türk Dünyası Gənc Şairlər Festivalında TÜRKSOY tərəfindən ilk dəfə təsis olunmuş TÜRKSOYun Diplomatı seçilib.

QHT.az xəbər verir ki, o, Colon Mamıtovun adını daşıyan medala layiq görülüb. Diplomat diplomunu və medalı Qırğız Respublikasının mədəniyyət, idman və gənclər siyasəti naziri Mirbek Mambetaliyev təqdim edib. I Beynəlxalq Türk dünyası gənc şairlər festivalına Azərbaycan, Türkiyə, Qazaxıstan, Macarıstan, Türkmənistan, Özbəkistan və Qırğız Respublikalarından 30 nəfərdən çox iştirakçı qatılıb.

Beynəlxalq tədbirdə Azərbaycanı təmsil edən yaxarlardan Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar diplomat, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyn, AYB üzvü Nadir Yalçın və DGTYB-nin başqan müavini Ayşən Rəhim laureat seçiliblər.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı