Xəbərlər 13.06.2025 18:21 60

“İctimai nəzarət mexanizmlərinin monitorinqı” adlı layihə çərçivəsində növbəti seminar keçrildi - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Şirvan Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim” ictimai birliyi tərəfindən icra olunan “İctimai nəzarət mexanizmlərinin monitorinqı” adlı layihə çərçivəsində növbəti seminar Şirvan Dövlət Peşə Litseyində təşkil edilmişdir.

QHT.az xəbər verir ki, seminarda liseyin müəllimləri və tələbələri iştirak etmişlər. Seminarı ekspert Əli Mirzəyev aparmışdır. Tədbirdə təqdimat iştirakçıların diqqətinə çatdırıldı. Təqdimatda “ictimai nəzarət” anlayışı, ictimai nəzarətin qanunvericilik bazası, Azərbaycan Respublikası Prezidentinin ictimai nəzarətin vacibliyi barədə söylədiyi fikirlər, Qeyri Hökumət Təşkilatlarının bu sahədə rolu və s. barədə məlumatlar verildi.

Müzakirələrdə İlahə Hacıyeva, Gülnar Əhmədova, Sevil Əliyeva, Mehti Əhmədov və başqaları ictimai nəzarətin cəmiyyətin inkişafında müsbət rolu barədə fikirlərlə tamamilə razı olduqlarını bildirdilər və praktiki misallarla mövqelərini nümayiş etdirdilər. İştirakçıların xeyli hissəsi Şirvan şəhərində sahibsiz itlərin çoxaldığını, onların uşaqlara və hətta böyüklərə hücum etdikləri barədə bütün instansiyalara məlumat verilməsinə baxmayaraq heç bir tədbir görülmədiyi barədə şikayət etdilər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı