Ölkənin sığorta tarixində rekord məbləğ: 25 milyon ödənildi
Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən, Azərsun Holdinq MMC-yə məxsus "Azərsun Sənaye Parkı"nda ötən ilin aprel ayında baş vermiş yanğın hadisəsinə görə 25 milyon manat sığorta ödənişi verilib.
QHT.az. Report-a istinadən xəbər verir ki, bu, ölkənin sığorta tarixində rekord məbləğ sayılır.
Ödənişi holdinqə məxsus Azərbaycan Sənaye Sığorta ASC "Daşınmaz əmlakın icbari sığortası", eləcə də "Əmlakın yanğından və digər risklərdən sığortası" üzrə həyata keçirib.