Qobustan RMX 2025-ci Il üçün yeni tibbi hədəflər təyin edib - VİDEO
"Qobustan Rayon Mərkəzi Xəstəxanasının nəzdində 3 ailə sağlamlıq mərkəzi, 5 tibb məntəqəsi və 10 kənd həkim məntəqəsi 350 nəfər çalışır. Mərkəzin nəzdindəki tibb müəssisələrində çarpayı fondunun ümumi miqdarı 70-dir. Tibb müəssisəsində hazırda cərrahiyyə, ginekologiya, pediatriya, terapiya, təcili tibbi yardım, yoluxucu xəstəliklər, şüa-diaqnostika, fizioterapiya, laboratoriya fəaliyyət göstərir".
QHT.az xəbər verir ki, bu barədə Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən təşkil olunan Qobustan Rayon Mərkəzi Xəstəxanasına mediatur zamanı rəhbərlik etdiyi müəssisənin fəaliyyəti, strukturu və həyata keçirilən işlər barədə məlumat verib. Onun sözlərinə görə, 2023-cü il ərzində Qobustan Rayon Mərkəzi Xəstəxanasına 75 min 600 ambulator, 790 stasionar və 10 min 200, 2024-cü il və 2025-ci ilin ilk 5 ayında ambulator xidmət üzrə 136 min 400, stasionar xidmət üzrə 12 min 600, təcili tibbi yardım üzrə 16 min 400 müraciət qeydə alınıb:
"2025-ci ilin ilk 5 ayında həyata keçirilən əməliyyatların ümumi sayı 155, doğum sayı 12, radioloji xidmətlərin sayı 22 min 900, laborator xidmətlərin sayı isə 65 min 800 olub. Vətəndaşların hərtərəfli tibbi xidmətlə təmin edilməsi, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkili üçün xəstəxana müasir tələblərə cavab verən tibbi avadanlıqla təchiz olunub. Region əhalisinə hərtərəfli tibbi xidmət göstərilməsi üçün xəstəxanada geniş imkanlar yaradılıb. Xəstəxana exokardiqrafiya (EXO), çoxkəsikli kompüter tomoqrafiyası (KT), rəqəmsal ultrasəs müayinə cihazı, teleskopik rentgen, rəqəmsal DR rentgen qurğusu, laparoskop, exokardioqrafiya və digər müasir maddi-texniki avadanlıqlarla tam təchiz edilib. Bundan əlavə, tibb müəssisəsində bir sıra yeniliklər həyata keçirilib - yeni tibbi cihazlar alınıb, ixtisaslaşmış həkim-mütəxəssislər işə qəbul edilib, həmçinin LOR, oftalmoloji, uroloji, laporoskopik və travmatoloji əməliyyatlarının icrasına başlanılıb”.
Həmçinin Günay Muradova xəstəxananın qarşısına qoyduğu hədəflər barədə də məlumat verib. O, 2025-cü ild əməliyyatların sayının artırılması, Regional travmatoloji, oftalmoloji və LOR mərkəzlərinin yaradılması, fizioterapiya şöbəsinin stasionar xidmət formatına keçirilməsini xəstəxananın əsas məqsədləri kimi vurğulayıb.
Pərvanə Fərhadqızı
QHT.az