Xəbərlər 05.12.2023 14:47 2102

“Nidanın gücü, gücün nidası!” adlı yazı müsabiqəsi bu tarixədək davam edəcək

Azərbaycan Ordusunun Zəfərinə həsr edilmiş “Nidanın gücü, gücün nidası!” adlı yazı müsabiqəsi davam edir.

Bu barədə QHT.az-a “Uşaqların Gələcəyi Naminə” təşkilatının sədri Könül Quliyeva bildirib. Sədr qeyd edib ki, müsabiqə V-IX sinif şagirdləri arasında keçiriləcəkdir. Yazılar 05 dekabr 2022-ci il tarixdən 15 dekabr 2023-ci il, saat 18:00-dək təqdim olunmalıdır.

Şagirdlər müsabiqəyə təqdim olunan yazıları şəxsiyyət vəsiqələrinin surətləri ilə birlikdə [email protected] elektron ünvanına göndərməlidir. Yazının həcmi  minimum 1 səhifə, yaxud 1 səhifə yarım olmalıdır. Yazı kompüterdə yığılmalı, Times New Roman şifrələri ilə 14 ölçüdə təqdim edilməlidir.  Müsabiqənin  yekunlarına əsasən I, II, III yerlər üçün pul mükafatı və digər həvəsləndirici mukafatlar nəzərdə tutulur. Qaliblərin yazıları gələcəkdə kitab şəkilində dərc edilməsi nəzərdə tutulmuşdur.

Müsabiqəyə təqdim edilən yazıları 5 nəfərdən ibarət ekspert komissiyası qiymətləndirəcək. Onu da qeyd edək ki, yazılar ekspertlərə imzasız təqdim ediləcəkdir.

Hər hansı bir sual yaranarsa (050) 322-38-69 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı