Xəbərlər 08.12.2023 17:17 2586

Bu gün qəhrəman şəhidimiz Asif Əliyevin anım günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Asif Əliyev 2021-ci il dekabrın 8-də Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin törətdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olub.

QHT.az xəbər verir ki, 2002-ci ildə Siyəzən rayonunda anadan olub. 2020-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə yollanan Asil Əliyev Vətən mühariəsində iştirak edən ən gənc hərbçilərimizdən biri olub və Murovdağ uğrunda gedən döyüşlərdə iştirak edib. Müharibə bitdikdən sonra Kəlbəcər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edib.

Asif Əliyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı