Xəbərlər 09.12.2023 10:37 2001

Tarix sahəsində Maarifləndirməyə Dəstək ictimai birliyinin təşkilatçılığı ilə Miniatür kitab muzeyinə ekskursiya təşkil edilib

Tarix sahəsində Maarifləndirməyə Dəstək ictimai birliyinin təşkilatçılığı ilə Miniatür kitab muzeyinə ekskursiya təşkil edilib. Ekskursiya çərçivəsində muzey haqqında gənclərə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, dünyada yeganə olan muzey 2002-ci il aprelin 23-də təntənəli surətdə açılmışdır.

Xalqımızın Ümumilli lideri Heydər Əliyevin təşəbbüsü və xüsusi göstərişi ilə Zərifə Salahovanın kolleksiyası əsasında yaradılmış olan muzeyin ekspozisiyası 27 vitrində yerləşdirilmişdir. Muzeydə dünyanın 66 ölkəsində nəşr olunmuş 5600 miniatür kitab nümayış olunur. Muzeyin kitab fondunda isə 7500-ə yaxın miniatür nəşr var. Muzey gənclərin böyük marağına səbəb olub.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı