Xəbərlər 21.12.2023 11:33 1725

Şəhid Namiq Qarayevin anım günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Namiq Qarayev 21 dekabr tarixində Qazıqumlaq kənd qəbiristanlığında dəfn olunub.

QHT.az xəbər verir ki, 21 aprel 1979-cu il tarixində Ucar rayonu Qazıqumlaq kəndində anadan olub. 1997-1999-cu illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildə müddətdən artıq hərbi xidmət qulluqçusu kimi ordu sıralarına qayıdıb. Namiq Qarayev 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərə qatılıb və 1 oktyabr tarixində qəhrəmancasına şəhid olub.

Namiq Qarayev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı