Xəbərlər 09.01.2024 15:12 2414

Zenfira Mustafayeva: “QHT-lər seçicilərin seçkidə iştirakına mane olan amillərin aradan qaldırılması sahəsində yardımçı olmalıdır”

“Hesab edirəm ki, seçkilərə hazırlıq dövründə QHT-in əsas vəzifəsi seçicilərin seçkilərdə, xüsusilə də səsvermədə iştiraka çağırışlar etməkdir. QHT-lər seçicilərin seçkidə iştirakına mane olan amillərin, məsələn, seçicinin adının seçici siyahısına daxil edilməməsi, əlilliyinə, xəstəliyinə görə seçki məntəqəsinə gedə bilməməsi və sairə aradan qaldırılması sahəsində yardımçı olmalıdır”.

Bu fikirləri QHT.az-a açıqlama verən Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva bildirib. QHT sədrinin şəxsi mövqeyimə görə, QHT-nin müstəqil və tərəfsiz mövqeyini nümayiş etdirmək üçün onlar hər hansı bir namizədin təbliğat kompaniyasında deyil, ümumilikdə seçkilərin demokratik və qanunlar əsasında keçirilməsinin təşviqində və təmin olunmasında iştirak etməlidir: “Bu məqsədlə QHT-lər seçkilərin müşahidəsində, ekzetpolların keçirilməsində iştirak edə bilərlər. Hesab edirəm ki, siyasi partiya üzvü və ya bitərəf olan QHT sədrləri, üzvləri və əməkdaşları konkret namizədin təbliğatında fərdi qaydada,öz adlarından iştirak etməlidirlər”.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı