Xəbərlər 27.01.2024 17:46 4408

Pərvanə Vəliyeva: “Amuldağ” qızıl yatağında planetimizə zərər verəcək istismar işləri aparılır

“Environmental Protection First” Koalisiyası olaraq Ermənistanda vətəndaş cəmiyyəti təşkilatlarının “Amuldağ” (Amulsar) qızıl yatağında aparılan dağ-mədən sənayesi işlərinin dayandırılması bəyanatına biz də qoşuluruq və onlarla birgə dərin narahatlığımızı bölüşürük. Belə ki, həmin yatağın istismarının dayandırılması ilə bağlı biz də koalisiya olaraq dəfələrlə məsələ qaldırıb, ötən ildən bir çox bəyanatlarımızda bunun ətraf mühitə nə dərəcədə ziyan vurduğunu bildirmişik. Burada işə cəlb edilən xarici və yerli təşkilatlara Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi sənədlərini ictimaiyyətə təqdim etmələri və həmin nəticələrə uyğun olaraq öz fəaliyyətlərini qurmaları barədə çağırış etmişik. Lakin görünən və Ermənistanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarını narahat edən məqam odur ki, həmin müraciətlərə məhəl qoyulmadan ətraf mühitin istismarı davam etdirilir.

 

QHT.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında “Sağlamlığa Xidmət” İctimai Birliyinin sədri Pərvanə Vəliyeva deyib.

Təşkilat sədrinin sözlərinə görə, həmin qızıl yatağı biomüxtəlifliyə və su ehtiyatlarına ciddi təhlükə yaradır. “Amulsar” qızıl yatağının istismarı nəticəsində formalaşan ağır metal tərkibli mədən tullantıları Bərgüşad çayına axıdılaraq Həkəri çayı vasitəsilə Araz çayını çirkləndirir. Mədənin fəaliyyəti nəticəsində tullantı yığınları yaranır, dağlarda aşınma prosesi kəskin sürətlənir. Bu da Qafqaz dağlarında süxurların deqradasiyasına gətirib çıxarır. Həmçinin mədən fəaliyyəti nəticəsində mineral su ehtiyatlarına çirkli sular, radioaktiv maddələr axıdılır.

“Önəmli məqamlardan biri də Ermənistanın yatağın istismarı zamanı bir çox ölkələrdə qadağan edilmiş sianidin texnologiyasından istifadə etməsidir. Nəticədə zəhərli maddələrin həm atmosferə buraxılması, həm də çay sularının çirkləndirməsi nəticəsində region əhalisinin sağlamlığı təhdid altına düşür. Bu, təkcə Ermənistan sərhədləri ilə, region çərçivəsində məhdudlaşmır, həmin ərazidə planetimizə zərər verəcək ətraf mühiti çirkləndirən məsələlər baş verir. Biz Koalisiya olaraq dəfələrlə çağırış etmişik və yenə də qeyd edirik ki, həmin yataqda aparılan işlərin ekspertizasının keçirilməsinə Ermənistan hökuməti tərəfindən şərait yaradılsın. Beynəlxalq ekspertlər və yerli ixtisaslaşmış qeyri-hökumət təşkilatları ekologiya üzrə ekspertlər həmin müəssisədə müvafiq monitorinq işləri aparsın, nümunələr götürsün və hesabatlarını hazırlayıb ictimaiyyətə təqdim etsinlər. Bunun üçün qarşı tərəf şərait yaratmalıdır və biz onlardan cavab gözləyirik”, - deyə P.Vəliyeva qeyd edib.


 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı