“Britaniya-Azərbaycan əlaqələri” mövzusunda məruzə oxunub - FOTOLAR
Fevralın 28-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld Qazax rayonuna səfəri çərçivəsində Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində olub, burada təhsil alan tələbələr üçün “Britaniya-Azərbaycan əlaqələri” mövzusunda məruzə oxuyub.
QQazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində keçirilən görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, ADA Universitetinin Xarici Əlaqələr və Tələbə İşləri üzrə prorektoru Fariz İsmayılzadə, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Mərkəzdə təhsil alan tələbələr, rayonun fəal gəncləri iştirak ediblər.