Xəbərlər 11.03.2024 02:26 1381

BMT-nin Baş katibinin Ramazan ayının başlaması ilə əlaqədar dünya ictimaiyyətinə MÜRACİƏTİ

BMT-nin Baş katibi Antonio Quterreş Ramazan ayının başlaması ilə əlaqədar dünya ictimaiyyətinə müraciət ünvanlayıb.

QHT.az həmin müraciəti Azərbaycan dilində sizə təqdim edir:

"Dünyada milyonlarla müsəlmanın müqəddəs Ramazan ayını qeyd etməyə başlaması mübasibətilə ən xoş arzularımı bildirirəm.

Ramazan sülh, dayanıqlılıq və alicənablıq dəyərlərini özündə cəmləşdirir.

Bu, düşünmək və dua etmək, bir araya gəlmək və bir-birinə dəstək olmaq fürsətidir.

Təəssüf ki, bir çoxları bu ayı münaqişə, köçkünlük və qorxu şəraitində qeyd edəcək.

Əfqanıstandan Sahelə, Afrika buynuzundan Suriyaya qədər və dünyanın hər yerində düşüncələrim və ürəyim onlarladır.

Qəzzadakı dəhşətdən əziyyət çəkən hər kəsə xüsusi həmrəylik və dəstək mesajı vermək istəyirəm.

Bu çətin günlərdə Ramazan ruhu ümid çırağı və ortaq insanlığımızın xatırlatmasıdır.

Gəlin hamımız yaralarımızı sağaltmaqdan, insanlıq ailəsinin hər bir üzvünün təhlükəsizliyi və ləyaqəti naminə bir nəfər kimi çalışmaqdan ilham alaq.

Qoy bu müqəddəs ay dünyamıza sülh gətirsin və bizə daha ədalətli və mərhəmətli dünyaya doğru yolu göstərsin.

Ramazan ayınız mübarək olsun!"


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı