Xəbərlər 06.05.2024 09:43 924

Yaponiyada düşmüş dişləri əvəz etmək üçün insanlarda yeni dişlər yetişdirəcəklər

Yeni dişlərin böyüməsini stimullaşdıran dərman hələ də klinik sınaqdan keçməyib.

QHT.az xəbər verir ki, Yaponiyada elm adamları müxtəlif səbəblərdən, o cümlədən anadangəlmə qüsurlar, dişlərin çürüməsi və ya eroziyaya görə dişlərini itirən adamlar üçün dərman icad ediblər. Hal-hazırda dişləri olmayan insanlar protez taxmağa və ya implant qoymağa məcburdurlar, lakin yaxın gələcəkdə dişlər çox güman ki, yenidən çıxacaq.

Tədqiqatın müəllifi Katsu Takahashi bildirib ki, yeni dərman dişlərin böyüməsini məhdudlaşdıran USAG-1 adlı zülalı bloklayır. İlkin təcrübələrdə tədqiqatçılar dərmanı anadangəlmə az sayda dişi olan siçanlara verib, onların heç bir ciddi yan təsir və ya narahatlıq yaratmadan yeni dişlər çıxarmasına səbəb olub.

İndi sınaqların yeni mərhələsində dərman 30 yaşdan 64 yaşa qədər olan könüllülərə venadaxili tətbiq olunacaq.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı