Xəbərlər 05.04.2024 23:47 3293

"Barışıq sazişlərinin keyfiyyətli məzmununun tərtibi" mövzusunda təlim keçirilib

Mediatorlar üçün "Barışıq sazişlərinin keyfiyyətli məzmununun tərtibi" mövzusunda təlim keçirilib. 5 aprel 2024-cü il tarixində Mediasiya Şurası yanında Hüquqi Təminat və İnsan Hüquqları Komitəsinin region mediasiya təşkilatları və mediatorları ilə növbəti distant təlimi baş tutub.

QHT.az xəbər verir ki, təlimdə Komitə sədri Paşa Səfərov, üzvü Cabbar Həsənov, Aliyə Əmirova və bir sıra region mediasiya təşkilatlarının rəhbərləri və mediatorlar iştirak edib.

Metodiki dəstəyin göstərilməsi, barışıq sazişlərinin keyfiyyətinin artırılması məqsədi ilə keçirilən görüşdə Mediasiya Şurasının Hüquqi Təminat və İnsan Hüquqları Komitəsinin üzvləri tərəfindən təşkilatların mediatorlarının sualları cavablandırılıb. Təlimdə eyni zamanda regionda mediasiya xidmətlərinin keyfiyyətinin daha da artırılması üçün barışıq sazişi və onun tərtib edilməsi, hüququn düzgün tədbiqi və s. digər məsələlərlə bağlı komitənin tövsiyələri dinlənilib.

Qeyd edək ki, təlim MŞ-nın mediasiya təşkilatlarında apardığı monitorinqlərin nəticəsində ortaya çıxan nöqsanların aradan qaldırılması məqsədilə mütəmadi olaraq təşkil edilir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı