Xəbərlər 08.04.2024 01:13 3279

Mübahisəni daha az xərclə qısa müddətə və səmərəli şəkildə həll edək - VİDEO

Mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədi daşıyır.

QHT.az xəbər verir ki, mülki işlər və kommersiya ailə münasibətlərindən irəli gələn mübahisəli əmək və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələri səmərəli şəkildə həll etmək üçün mediasiyaya müraciət edə bilərsiniz. Könüllülük, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı mediatorların qərəzsizliyi və müstəqilliyi mediasiya prosesində müdaxilənin yolverilməzliyi konfidensiallıq kimi media prinsiplərinə əsaslanan peşəkar və təcrübəli heyətimizlə hüquqi bilikləri mediasiya imkanları ilə birləşdirərək mübahisələrinizə yaradıcı həll yolları gətirən komandamıza müraciət edə bilərsiniz.

Gəncə 1 saylı Mediasiya Təşkilatının rəhbəri Südabə Məmmədova bildirib ki, mübahisəni daha az xərclə qısa müddətə və səmərəli şəkildə həll etmək istəyirsinizsə, mükəmməl həllərin ilk ünvanı Gəncə Mediasiya Təşkilatına müraciət edin.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı