Xəbərlər 09.04.2024 11:48 2161

Bu gün qəhrəman şəhidimiz Vüsal İsmayılovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin baş giziri olan Vüsal İsmayılov 1980-ci il aprelin 9-da Oğuz rayonunun Xalxal kəndində anadan olub.

QHT.az xəbər verir ki, 1998–2000-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub, 2002-ci ildən etibarən isə müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarında xidmət etməyə başlayıb. 2016-cı ilin "Aprel" döyüşlərinin də iştirakçısı olan Vüsal İsmayılov 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və 4 oktyabr tarixində bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Vüsal İsmayılov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı