Xəbərlər 30.04.2024 10:09 1241

Qəhrəman şəhidimiz Beyrək Feyzullayevin doğum günüdür

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kiçik giziri olan Beyrək Feyzullayev 30 aprel 1997-ci ildə Oğuz rayonu Baş Daşağıl kəndində anadan olub.

QHT.az xəbər verir ki, 2015-2016-cı illərdə Naxçıvan Muxtar Respublikası HHM-in N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub, daha sonra Mingəçevir şəhərində N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi xidmət etməyə başlayıb. 2018-ci ildə SAT kurslarına daxil olub. 6 aylıq ağır kurslardan sonra kursu uğurla başa vuraraq sertifikat əldə edib. 2020-ci ildə sənədlərini Xüsusi Təyinatlı Qüvvələrə təqdim edib. 6 aylıq ağır kurslardan sonra buranı da uğurla başa vurub və "qırmızı beret" sertifikatını qazanıb. Beyrək Feyzullayev 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə şücaət göstərib və 4 oktyabr tarixində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Beyrək Feyzullayev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı