Xəbərlər 17.04.2024 09:17 1353

Əlil Təşkilatları İttifaqının növbəti XIX hesabat-seçki yığıncağı- FOTOLAR

Əlil Təşkilatları İttifaqının (ƏTİ) növbəti XIX hesabat-seçki yığıncağı keçirilib.

QHT.az xəbər verir ki, yığıncağın keçirilməsi ilə əlaqədar yaradılmış 5 nəfərdən ibarət təşkilat komitəsinin sədri Təranə Musayeva hazırlıq dövrü zamanı görülmüş işlər barədə məlumat verdi. Sonra Ümumi Yığıncağın rəhbər orqanları seçildilər. Əlil Təşkilatları İttifaqının prezidenti Davud RƏHİMLİ iclasın sədri, İnklüziv cəmiyyət naminə ictimai birliyin sədri Ramilə Mahmudova iclasın katibi seçildilər.

Qaydalara uyğun olaraq ƏTİ-nin prezidenti Davud RƏHİMLİnin və Nəzarət-Təftiş Komissiyasının sədri Autizmlə mübarizə ictimai birliyinin sədri Çiçək Məmmədlinin hesabatları dinlənildi və müzakirə aparıldı. Hesabat dövrü zamanı ƏTİ-nin idarə heyəti tərəfindən üzvlüyə qəbul olunan təşkilatların, “Əlil velosipedçilərə dəstək ictimai birliyi”, “Vərəmsiz gələcəyə doğru” ictimai birliyi və “Daun sindromlu uşaqların ailələrinə dəstək ictimai birliyi” üzvlükləri təsdiq olundu. Ümumi yığıncağın keçirilməsi ərəfəsində müraciət etmiş üç təşkilat, “Autizmli Uşaqların Ailələrinə Dəstək” İctimai Birliyi”, “Koxlear İmplantlı Şəxslərə Sosial Yardım ictimai birliyi” və “İnklüziv Təhsilə Dəstək” ictimai birliyi yekdilliklə ƏTİ üzvlüyünə qəbul olundular.

Nizamnamə tələblərinə uyğun olaraq 13 nəfərdən ibarət idarə heyəti və beş nəfərdən ibarət Nəzarət-Təftiş Komissiyası seçildi. Təşkilatlara veriləcək üzvlük şəhadətnaməsi və vəsiqəsi iştirakçılar tərəfindən təsdiq olundu. Sonda Əlil Təşkilatları İttifaqının yekun Qətnaməsi təşkilatların təklifləri nəzərə alınmaqla qəbul olundu.

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı