Xəbərlər 17.04.2024 17:16 1276

II beynəlxalq elmi-praktik konfrans işə başlayıb - FOTOLAR

Aprelin 16-da Bakı Slavyan Universitetində “İnklüziv təhsildən inklüziv cəmiyyətə” (İTİC-2024) II beynəlxalq elmi-praktik konfrans işə başlayıb.

QHT.az xəbər verir ki, konfransın keçirilməsində məqsəd inklüzivliyin təşviqi, inklüziv təhsil üzrə məzmun və bacarıqların inkişafı sahəsində ali təhsil müəssisələri arasında, eləcə də regionlarda çalışan müəllimlər üçün əlaqələndirmə və öyrənmə platformasına töhfə verməkdir.

Konfransda çıxış edən “Regional İnkişaf” İctimai Birliyinin Təhsil və humanitar proqramlar üzrə eksperti Sevinc Məhəməliyeva İctimai Birliyin ölkəmizdə inklüziv cəmiyyətin, o cümlədən inklüziv təhsilin inkişafına dəstək olaraq həyata keçirdiyi layihələr haqqında məlumat verib, bu istiqamətdə aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatlarla qurulan səmərəli əməkdaşlığın nəticələrindən danışıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı