Xəbərlər 18.04.2024 18:55 2066

Sosial Məsələlərin Gündəmdə Olduğu Sumqayıt Şəhər İcra Hakimiyyəti Monitorinq Yığıncağı

Aprelin 18-də üzv olduğum Sumqayıt şəhər icra hakimiyyəti yanında "Məişət zorakılığına qarşı monitorinq qrupunun" növbəti yığıncağı keçirilib. Yığıncağı giriş sözü ilə monitorinq qrupunun sədri, Sumqayıt şəhər İcra hakimiyyəti başcısının müavini Ülviyyə Müzəffərova açaraq monitorinq üzvlərini "Məişət zorakılıgının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə tanış edib, qrupun qarşısında duran vəzifələr və gələcəkdə görüləcək işlər barədə məlumat verib”.

QHT.az xəbər verir ki, bu sözləri “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayeva bildirib. Onun sözlərinə görə, bütün qurumların birgə fəaliyyət göstərərək erkən nigahlar, qohum evlilikləri, məişət zorakılığı, insan alveri və digər mövzulara aid fəaliyyət planlarının hazırlanması və əhali arasında maarifləndirmə tədbirlərinin aparılmasını tövsiyyə edib.

Qeyd edək ki, göstərilən məsələlər ətrafında müzakirələr aparılıb, çatışmayan cəhətlər barədə danışılıb və təkliflər verilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı