Xəbərlər 22.04.2024 18:37 1313

Aran bölgəsində erkən nikahların qarşısının alınması ilə bağlı maarifləndirici tədbirlər - FOTOLAR

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi “Ucqar ərazilərdə erkən nikahların baş verməsinin qarşısının alınması üçün əlverişli mühit yaradılmasına dəstəyin   artırılması” təşəbbüsü çərçivəsində İmişli, Sabirabad, Saatlı rayonlarında ictimaiyyətin və dövlət orqanlarının uşaq nikahları haqqında məlumatlılığını artırmaq, bunun uşaqlara mənfi təsirini vurğulamaq, mövcud qanunları və siyasətləri təşviq etmək məqsədi ilə maarifləndirici tədbirlər  keçirib.

QHT.az xəbər ki, tədbirdə yerli media, vətəndaş cəmiyyəti təşkilatları, icma əsaslı təşkilatlar, yerli hakimiyyət orqanlarının, xüsusilə  hüquq şöbəsi əməkdaşları,  Milli Məclis deputatlarının köməkçiləri, Uşaq və Ailələrə Dəstək Mərkəzinin, Təhsil və Səhiyyə Nazirliklərinin yeri qurumlarının nümayəndələri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura üzvü, hüquqşünaslar iştirak ediblər. 
Tədbir zamanı nikaha daxil olmaq üçün Ailə Məcəlləsi ilə müəyyən edilən yaş həddi və digər tələblər, valideynlik hüququ və onların məsuliyyəti, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri, “Qız qaçırma” adəti və hüquqi məsuliyyət ilə əlaqədar məlumat verilib, qanunvericliyin tələbləri diqqətə çatdırııb.
Eyni zamanda erkən nikahın gələcək nəsillərin sağlamlığı və həyatı ilə bağlı risklər, mümkün psixoloji travmalar, ailədaxili zorakılıq üçün zəmin yaratması ilə əlaqədar müasir elmi subutlar və mütəxəssis rəyləri iştirakçıların nəzərinə çatdırılıb. Xüsusilə, qeyd edilib ki, erkən nikahın, həm də insan hüquqlarının pozulması və cəmiyyətdə sosial problemləri dərinləşdirən neqativ hal kimi nəzərdən keçirilməlidir.

Tədbirdə iştirakçılara erkən nikahların qarşısının alınmasında yerli icmaların rolu və dövlət orqanları ilə əməkdaşlıq mövzusunda müzakirələr aparılıb. İcmanın rolu və mühiti dəyişmək imkanları, İcmanın yerli dövlət qurumları ilə qarşılıqlı əməkdaşlığın qurulması ilə əlaqədar tövsiyyələr verilib və suallar cavablandırılıb.

Bu layihə Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin dəstəyi ilə icra edilir.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı