Xəbərlər 25.04.2024 08:29 1618

Mediatorların Macarıstan səfəri başlayıb

Azərbaycan Respublikasının Mediasiya Şurası Türk Dünyası Mediatorlar Birliyi çərçivəsində, Azərbaycan Respublikasının Diasporla iş Üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə mediatorların 24-27 aprel 2024-cü il tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərinə təcrübə mübadiləsi səfəri başlayıb.

QHT.az xəbər verir ki, səfərdə ölkəmizi təmsil edən nümayəndə heyətinə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov rəhbərlik edir. Eyni zamanda nümayəndə heyətinin tərkibinə mediatorlar Sima Yaqubova, Leyla Nəsibova, Dərya Yaşarlı, Günel Quliyeva, İlahə Quliyeva, İlkin İbrahimov, Nizamə İsmayılova, Rafael Cabbarov və Rəsul Nəbizadə daxildir.

Səfər ərzində mediatorlardan ibarət nümayəndə heyəti Azərbaycan Respublikasının Budapeştdəki səfirliyi, Türkiyənin Budapeştdəki səfirliyi, Şimali Kipr Türk Cümhuriyyəti nümayəndəliyi, Macarıstan Ali Məhkəməsi, Macarıstandakı Türkiyə Evi, Macarıstanın Diaspor fəalları və TİKA Busapeşt ilə rəsmi görüşlər keçirəcək. Həmçinin Ferenc Madl Müqayisəli Hüquq İnstitutu və Yunus Əmrə İnstitutunun fəaliyyəti ilə tanış olacaq, Macarıstan Vəkillər Kollegiyası, Gürcan Vəkil Bürosu və Mediasiya Mərkəzi ilə görüşərək mediasiya sahəsində 3 ölkənin fəaliyyətini müqayisəli təhlil edəcəklər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı