Xəbərlər 29.04.2024 15:12 1060

DSMF Böyük Britaniyada keçirilən müsabiqədə 2024-cü ilin Mükəmməllik Mükafatına layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) beynəlxalq uğurları davam edir.

 

Fond mənzil-qərargahı Böyük Britaniyada yerləşən “Wealth and Finance International” beynəlxalq korporasiyasının təşkil etdiyi “Retirement Planning Awards 2024” beynəlxalq müsabiqəsində də qalib gəlib.

 

DSMF müsabiqədə “Transformativ sosial müdafiə və rəqəmsal əks-əlaqə üzrə 2024-cü ilin Mükəmməllik Mükafatı”na layiq görülüb.  

 

Fondun müsabiqəyə təqdim etdiyi iş “Azərbaycanda sosial ödənişlərin təyin edilməsində müasir humanist yanaşma: Proaktiv insan yönümlü təyinat mexanizmi” mövzusunda olub.   

 

Qeyd edək ki, DSMF 2024-cü ilin ötən dövründə artıq 14 beynəlxalq mükafata layiq görülüb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı