Xəbərlər 06.05.2024 10:25 1769

Əlillilər üçün Jest Dilinin Tədrisi: QHT sədrinin təklifi

“Jest dili- nitq və eşitmə qabiliyyəti məhdud şəxslərin ünsiyyət dilidir. Bununla bağlı ilk öncə məktəblərdə, sonra isə ali təhsil müəssisələrində bu dilin tədrisinə başlanılmalıdır. Nəzərə alsaq ki, bu dili öyrənmək üçün kurslar fəaliyyət göstərir və istəyən hər kəs öyrənə bilir. Məsələ burasındadır ki jest dili dövlət səviyyəsində tanınsa artıq hər kəs öyrənməyə başlayacaqdır”.

⁠⁠Bu fikirləri Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Şamil Sabirzadə QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, əlilliyi olan insanlar əsasən də nitq və eşitmə qabiliyyəti məhdud şəxslər jest dilini mənimsəmək üçün mütləq şəkildə təhsil almalıdırlar: “Təhsil bu şəxslər üçün çox mühümdir. Çətinliklər ondan ibarətdir ki, əsasən də bölgələrdə bu tip məktəblərin fəaliyyət göstərməsi barədə məlumat yoxdur. Ona görə də valideynlər, əgər övladl nitq və eşitmə qabiliyyəti məhduddursa ona təhsil vermir. Əsasən də bölgələrdə bunun təbliğ olunması çox məqsədəuyğundur”.

Qeyd edək ki, jest dilinin inkişafında müxtəlif QHT-lər fəaliyyət göstərir ki, onlar istər yerli, istərsə də beynəlxalq təşkilatlarla birgə layihələr həyata keçirirlər.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı