Xəbərlər 10.05.2024 09:28 2239

Deputat reysterdən çıxarış üçün 150 manatlıq dövət rüsumunun azaldılması məsələlərinə toxunub - VİDEO

“4-1.5-ci maddədə vergi sirri anlayışından istifadə olunub, amma dünya praktikasında vergi sirri anlayışı yoxdur. Bu gün inkişaf etmiş ölkələrdə, qardaş Türkiyədə şirkətlərin ödədiyi vergilər rəsmi qəzetlərdə çap olunur. Şəffaflıq baxımından inkişaf etmiş ölkələrdə vergi məbləği ictimaiyyətə təqdim olunur. Kommersiya sirri ola bilər, amma sahibkarların ödədiyi vergi şəffaflıq baxımından sirr ola bilməz”.

QHT.az xəbər verir ki,  bu sözləri deputat Vüqar Bayramov bildirib. Deputat Milli Məclisin növbəti plenar iclasında “Tütün və tütün məmulatı haqqında”, “Qida təhlükəsizliyi haqqında” və “Dövlət rüsumu haqqında” qanun layihələrinin müzakrəsi zamanı bir sıra təkliflərini təqdim edən deputat Vüqar Bayramov 34 milyon manatlıq sərmayə tələbinin aydınlaşdırılması, reysterdən çıxarış üçün 150 manatlıq dövət rüsumunun azaldılması, xammala deyil, idxala tələblərin müəyyənləşdirilməsi, vergi ödənişlərinin sirr kimi qəbul edilməməsi kimi məsələlərin layihədə nəzərə alınmasının vacibliyini bildirib.

Daha ətraflı videoda: 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı