Xəbərlər 27.05.2024 12:16 2364

Əfv Sərəncamının icrası təmin edilib - FOTOLAR
 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman), Milli Məclisin deputatlarının, Əfv Məsələləri Komissiyasının üzvlərinin, hüquq müdafiəçilərinin, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın, vətəndaş cəmiyyəti və media nümayəndələrinin iştirakı ilə Ədliyyə Nazirliyi Penitensiar xidmətin tabeliyindəki müxtəlif rejimli cəzaçəkmə müəssisələrində, habelə alternativ cəzaların icrasını təmin edən Ədliyyə Nazirliyi Probasiya xidmətinin yerli qurumlarında müvafiq Sərəncamın icrası tam təmin edilib.

154 nəfəri əhatə edən Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 63 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər isə cəzadan azad edilib. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 28 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, 3 nəfərin isə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. İslah işləri cəzasına məhkum edilmiş 2 nəfər cəzanın çəkilməmiş hissəsindən və cərimə cəzasına məhkum edilmiş 4 nəfər cəzadan azad edilib. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkmiş 1 nəfərin isə məhkumluğu götürülüb.

Azadlığa çıxan şəxslər və onların ailə üzvləri göstərdiyi humanistliyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı