Xəbərlər 27.05.2024 17:13 2890

“Gənclər ətraf mühitin keşiyində”- Şirvan Regional Seminarı keçirilib- FOTOLAR

Milli Qeyri Hökumət Təşkilatları Forumunun Şirvan Regional QHT Resurs və Təlim Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sağlam mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyi tərəfindən icra olunan “Gənclər ətraf mühitin keşiyində” adlı layihə çərçivəsində seminar keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə Şirvan şəhər  9 və 21 nömrəli tam orta məktəblərin müəllim və şagirdləri iştirak etmişlər. Layihə rəhbəri Ə. Mirzəyev ətraf mühitin insan sağlamlığına təsiri haqqında ətraflı danışaraq qeyd etdi ki, Şirvan şəhəri əlverişsiz iqlim şəraitinə mənsub olan bir ərazidə yerləşdiyi üçün ətraf mühitin qorunması daim diqqət tələb edir. Nəzərə alsaq ki, respublika ərazisini qərbdən şərqə qədər kəsib keçən, hələ ölkəmizin hüdudlarından kənarda kifayət qədər çirklənmiş əsas su hövzələrindən biri olan Kür çayı şəhər ərazisindən keçir və müəssisələrin sənaye tullantıları çaya axıdılaraq bir müddətdən sonra Xəzər dənizinə çatır, onda problemin ciddiliyi daha kəskin şəkildə özünü göstərir.

Seminar iştirakçılarının nəzərinə çatdırıldı ki, layihənin məqsədi şəhərdə yaşıllaşdırma və abadlıq  işlərinə, kütləvi tədbirlərə gənclərin cəlb olunmasını təşkil etməklə onların hərtərəfli inkişafını, ictimai həyatda fəal iştirakını təmin etmək, meşə zolaqlarının qorunması, bərpası məqsədilə əhalinin, gənclərin, məktəblilərin  səylərini dəstəkləməkdir.

9 nömrəli məktəbin müəllimi Sənubər Nuriyeva, 21 nömrəli məktəbin müəllimi Aytən Paşayeva müzakirələrə qoşularaq hətta burda iştirak edən şagirdlərin bəziləri içdikləri suyun qablarını, yedikləri qidaların paketlərinin hara gəldi atırlar, onlar ətrafı çirkləndirməklə təkcə özlərinin deyil, digərlərinin sağlamlığına zərbə vururlar.  Şagirdlərdən Lamiyə Kərimova, Röya İsrafilova  və digərləri öz fikirlərini bildiriblər.

Çay süfrəsi arxasında müzakirələr davam etdirilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı