Xəbərlər 11.06.2024 08:49 2195

“Korrupsiyaya qarşı mübarizəyə ictimai dəstək” layihəsinin icrasına başlanılıb

"İnkişafa və İslahatlara Dəstək" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Korrupsiyaya qarşı mübarizəyə ictimai dəstək”  layihəsinin icrasına başlanılıb.

Bu barədə QHT.az-a ictimai birliyin sədri və layihə rəhbəri Ramil Əliyev məlumat verib. O, bildirib ki,  layihənin əsas məqsədi korrupsiyanın qarşısının alınması, hüquqpozmaların aşkar edilməsi, demokratik ölkə kimi öz vətəndaşlarının hüquq və azadlıqlarının təmin olunması, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində ictimai nəzarətin, şəffaflığın, hesabatlılığın artırılmasından ibarətdir.

Layihə çərçivəsində Sumqayıt, Quba və Xaçmaz rayonlarında şəffaflıq mədəniyyətinin aşılanması, korrupsiyanın qarşısının alınması, qanun pozuntularının aşkar edilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması mövzusunda 1 günlük maarifləndirici tədbirlərin təşkil olunması nəzərdə tutulub.

Layihə 3 ay müddətində (iyun,  iyul, avqust) icra ediləcək.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı