Xəbərlər 14.06.2024 20:56 3846

“Son zəng” tədbirləri – MASALLIDA

“Son zəng” tədbirləri – MASALLIDA

 

İyunun 14-də ölkənin hər yerində olduğu kimi Masallı rayonunun ümumtəhsil məktəblərində də böyük təntənə ilə “Son zəng” tədbirləri qeyd olunub. 
Rayonun 66 tam orta məktəbində son zəng çalınıb. Məlumat üçün bildirək ki, bu il rayon üzrə 1778 nəfər onbirinci, 2629 nəfər (92 məktəb üzrə) isə doqquzuncu sinifi bitirib.
Tədbirlər başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
“Son zəng” tədbirlərində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə sektor müdiri Qoşqar Hətəmov, rayon icra hakimiyyətinin və regional təhsil idarəsinin məsul işçiləri, məzunlar, valideynlər, müəllimlər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Məzunları əlamətdar gün münasibətilə təbrik edən natiqlər Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyilə inkişaf edən Azərbaycan dövlətinin gəncləri qarşısında geniş üfüqlər açıldığını vurğulayıb, məzunlara müstəqil həyat yolunda uğurlar arzulayıblar.
Müəllimləri qarşısında çıxış edən məzunlar onlara göstərilən qayğıya vətənə sədaqət nümayiş etdirməklə cavab verəcəklərini inamla ifadə ediblər.
Məktəb rəhbərliyi tərəfindən təhsildə fərqlənən müəllim və şagirdlərə fəxri fərmanlar, təşəkkürnamələr təqdim edilib.
Tədbirlərdə məzunlar və birincilər mahnılar oxuyub, şeirlər söyləyib, rəqslərdən ibarət kompozisiyalar nümayiş etdiriblər.
Sonra “Son zəng” səslənib.

 

Akif AĞAYEV


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı