Xəbərlər 24.06.2025 09:27 54

“Görkəmli Şuşa Bəyləri – Portretlər” layihəsinin təqdimati baş tutub - VİDEO

20 iyun 2025-ci il tarixində  Bakı İctimai Əməkdaşlıq Mərkəzinin konfrans zalında “Əbdürrəhim bəy Haqverdiyev Mərkəzi” İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Görkəmli Şuşa Bəyləri – Portretlər” layihəsinin təqdimati baş tutub.

QHT.az xəbər verir ki, tədbirdə ictimai xadimlər, alimlər, müəllimlər, tələbələr, media nümayəndələri iştirak ediblər. Təqdimat zamanı layihə çərçivəsində aparılmış elmi tədqiqat işlərinin nəticələri təqdim olunub. Şuşanın görkəmli tarixi simaları Bəhrəm bəy Məlik Abbasov, Məmo bəy və Əbdülrəhim bəy Haqverdiyev haqqında geniş məlumat verilib. 

 

Ətraflı videoda:

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı