Xəbərlər 14.06.2024 20:19 3430

5 günlük Bayram Tətili başlayır

Sabahdan Azərbaycanda bayram tətili başlayır.

QHT.az xəbər verirki, 15 iyun Milli Qurtuluş Günü, 16-17 iyun Qurban bayramı günləridir.

Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Bu il 15 iyun şənbə, 16 iyun bazar gününə təsadüf etdiyi üçün 18 və 19 iyun tarixləri də qeyri-iş günləri olacaq.

Bununla da, ardıcıl olaraq 15, 16, 17, 18 və 19 iyun tarixləri qeyri-iş günləridir.

Həmçinin, iyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyd ediləcək.

Redaktor.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı