Xəbərlər 02.05.2025 00:51 83

Qiymətləndiricilər Palatası və Mediasiya Şurası əməkdaşlığa başlayır - FOTOLAR

Qiymətləndiricilər Palatası və Mediasiya Şurası əməkdaşlığa dair yeni mərhələyə qədəm qoyur

QHT.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Palatasının ofisində qurumun rəhbərliyi ilə Mediasiya Şurasının rəhbərliyi arasında məhsuldar görüş keçirilib. Görüşdə Palatanın sədri Nüsrət İbrahimov və Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Tərəflər arasında əmlakla bağlı mediasiya proseslərinin təkmilləşdirilməsi, müvafiq sahələrdə birgə təşəbbüslərin həyata keçirilməsi və işçi qruplar səviyyəsində davamlı əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Mediasiya Şurasının sədri Nadir Adilov səmimi və konstruktiv görüş üçün Nüsrət İbrahimova təşəkkür edib. O, vurğulayıb ki, bu əməkdaşlıq həm iki qurumun fəaliyyəti, həm də əmlak sahəsində yaranan mübahisələrin effektiv həlli baxımından önəmli nəticələr verə bilər.

Palatanın sədri Nüsrət İbrahimov da təşəbbüsə görə minnətdarlığını bildirib, yeni yaradılmış qurum kimi bu cür tərəfdaşlıqların inkişaf üçün əhəmiyyətli olduğunu qeyd edib.

Görüşdə hər iki qurumun rəhbər şəxsləri ilə yanaşı, Palatanın sədr müavinləri, mediasiya təşkilatlarının və qiymətləndirmə şirkətlərinin nümayəndələri də iştirak ediblər. Əməkdaşlığın konkret layihələr və işçi qruplar səviyyəsində davam etdirilməsi qərara alınıb.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı