Xəbərlər 08.07.2024 08:24 1942

"Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediatorların ixtisas artırma kursları"nın daha bir mərhələsi - FOTOLAR

AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən mediatorlar üçün keçirilən "Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediatorların ixtisas artırma kursları"nın daha bir mərhələsi başa çatdı.

QHT.az xəbər verir ki, kurslarda iştirak edib, imtahandan uğurla keçən mediatorlara sertifikatlar təqdim edilib. Sertifikatvermə mərasiminda Ədliyyə Akademiyasının Vəkillərin və mediatorların tədrisi fakültəsinin dekan müavini, mediasiya təlimçisi Günel Sadıqova və Mediasiya Şurası İdarə Heyətinin üzvü Əli Nəbiyev iştirak edib, onlar yeni fəaliyyətə başlayan mediatorlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə olmaqla, iştirakçıların cəlb edildiyi təlimin əsas məqsədi mediatorların ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə ixtisaslaşmasıdır.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı