Şahin Rəcəbov: "... ictimai maariflənməndirmə və məlumatlandırma sahəsində özünəməxsus xidmətləri olub"
"Azərbaycan Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyinin icracı direktoru Şahin Rəcəbov:
"QHT-lərə daim dəstək olan www.qht.az saytının 9 yaşı tamam olur.
Saytın rəhbəri QHT-lərin dostu Cəsarət Hüseynzadənin ictimai maariflənməndirmə və məlumatlandırma sahəsində özünəməxsus xidmətləri olub. Hər bir ictimai əhəmiyyətli məlumata həssaslıqla yanaşan jurnalist qardaşıma peşəkar fəaliyyətində davamlı uğurlar arzulayıram. Vətəndaş cəmiyyətinin tribunası olan www.qht.az saytının başda rəhbəri Cəsarət Hüseynzadə olmaqla, bütün yaradıcı-texniki heyətini, bütün kollektivini Azərbaycan Valideyn- Müəllim Assosiasitası ictimai birliyinin rəhbərliyi və kollektivi tərəfindən 9 illik məsuliyyətli fəaliyyətlərinə görə təbrik edirik.
Gününüz mübarək!