Xəbərlər 15.07.2024 01:42 2175

İki günlük Ətraf Mühit, Sosial və İdarəetmə Sammiti uğurla başa çatıb - FOTOLAR

“Dayanıqlı İnkişaf Naminə Dövlət-Özəl Tərəfdaşlıqları” mövzusunda baş tutan sammitin ikinci günündə Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsi Cavid Hacıyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndəsi Elmar İsayev, Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) baş katibi Natəvan Məmmədova və Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinin ölkə rəhbəri Samir Məmmədovun çıxışları baş tutub.

QHT.az xəbər verir ki, ikinci gündə süni intellekt və kiber təhlükəsizlik, Ətraf Mühit, Sosial və İdarəetmə Sammiti (ESG) məlumatlılıq sorğusunun nəticələri və ESG hesabat çərçivələrinin icmalı kimi mövzular müzakirə edilib. Digər sessiyalarda tədarük zənciri idarəedilməsində ESG, yerli tənzimləyici çərçivə və ESG hesabat standartları üzrə praktiki təlimlər yer alıb.

Sammit, əsas maraqlı tərəflər arasında davamlı əməkdaşlıq və bilik mübadiləsini təşviq etmək məqsədi ilə Azərbaycanda ESG Şəbəkələşmə Cəmiyyətinin yaradılması ilə nəticələnib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı