Xəbərlər 16.07.2024 15:41 2720

Türk Dünyası Mediatorlar Birliyinin nümayəndə heyəti Qırğızıstanla əməkdaşlığı genişləndirir - FOTOLAR

Türk Dünyası Mediatorlar Birliyinin nümayəndə heyəti Qırğızıstan Respublikasının Ədliyyə Nazirliyi və Qırğızıstan Mediatorlar Birliyinin rəhbərliyi ilə görüşüb.

QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Mediasiya Şurasının mediatorlardan ibarət nümayəndə heyətinin Türk Dünyası Mediatorlar Birliyinin iştirakı ilə Qırğızıstan Respublikasına səfəri zamanı Ədliyyə Nazirliyi və Qırğızıstan Mediatorlar Birliyinin rəhbərliyi ilə görüşdə olub. Azərbaycandan olan nümayəndə heyətinin tərkibində Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, İntizam Komissiyasının sədri Mayıl Əhməd, Etika Komitəsinin sədri Aqil Əsgərov, Türkiyədən olan nümayəndə heyətinin tərkibində isə Türk Dünyası Arabulucular Birliği İdarə Heyətinin sədri Yakup Erikel, vəkil-mediatorlar Emrullah Manav, Ali Sekel və Hasan Oymak iştirak edib.

Görüş zamanı Azərbaycan Respublikasında keçirilən mediasiya islahatları, Türkiyə Cümhuriyyəti mediatorlarının iş prinsipləri, Qırğızıstan Respublikasında mediasiya sahəsinin yaradılması və iki ölkənin təcrübə proqramı ilə inkişaf yolları müzakirə edilib.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı